"Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Uels təmsilçisi TNS üzərində 2:0 hesablı qələbəni şərh edib.
Sportal.az saytına danışan İsayev komandasının növbəti mərhələ şansları haqda isə bunları deyib:
"Oyunun əvvəlində bir az həyəcan var idi. Amma biz bunun öhdəsindən gəldik. Qələbəyə baxmayaraq, hələ heç nə həll olunmayıb. Uelsdəki çətin cavab oyununa hazırlaşacağıq. Növbəti turda yerimizi orada müəyyən edəcəyik. Biz öz futbolumuz haqda düşünürük. Daha da yaxşı oyunlar gözləyirik. Hələ də inkişaf üçün yer var. Bu, yalnız mövsümün başlanğıcıdır. Nəticələrimizlə hər kəsi sevindirməyə davam edəcəyik. Stadiondakı atmosfer əla idi. Qarşıdakı matçlarda daha böyük azarkeş kütləsi gözləyirik. Bu oyunda da azarkeşlərin dəstəyini hiss etdik".
Mirbağırağa
saytlarin hazirlanmasi
