"Kəpəz" Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçi komandanı tərk edib.
Qeyd edək ki, ötən mövsüm "Kəpəz"in heyətində ölkə çempionatı və kubokunda ümumilikdə 32 matçda meydana çıxan Ehtiram Şahverdiyev 1 qol vurub.
saytlarin hazirlanmasi
