"Sportinq"in kapitanı Morten Yulmann karyerasını İspaniya La Liqasüında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Atletiko" danimarkalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Madrid nəhəngi Yulmannla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Atletiko" 27 yaşlı dayaq yarımmüdafiəçisinin keçidi üçün Portuqaliya klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, "Sportinq" Morten Yulmannı 2023-cü ilin yanvarında "Leççə"dən 19,5 milyon avroya transfer edib. Danimarka millisinin 2025/26 mövsümündə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
