Meksika - İngiltərə matçının başlama saatı dəyişdirilə bilər - hava şəraitinə görə

23:42 - 5 İyul 2026

DÇ-2026-nın 1/8 finalında Meksika ilə İngiltərə arasındakı oyunun başlanğıcına hava şəraiti təsir edə bilər.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, matçın keçiriləcəyi Mexikoda oyun başlayanda havanın temperaturu təxminən 19°C olacaq. Leysan və ya göy gurultusu ehtimalı 70 faiz qiymətləndirilir. Şimal-şərq küləyinin sürətinin isə saatda 5-10 mil (təxminən 8-16 km/saat) olacağı bildirilir.

Eyni zamanda, xəbərdə qeyd olunur ki, ikinci hissədə göy gurultusu ehtimalı xeyli azalmalıdır. Oyunun start vaxtının dəyişdirilməsi ilə bağlı müzakirələr olsa da, son məlumatlara görə qarşılaşmanın hələlik planlaşdırıldığı saatda keçirilməsi gözlənilir. Belə ki, matç iyulun 6-sı Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

Xəbər xətti