"Zenit" "Fənərbaxça"nın cinah oyunçusu Dorgeles Nene üçün təklif göndərib.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq klubu malili futbolçu üçün bonuslar da daxil olmaqla təxminən 20 milyon avro təklif edib.
"Fənərbaxça" rəhbərliyi oyunçu üçün ən azı 25 milyon avro almağı gözləyir. Futbolçu özü isə hələlik yekun qərarını verməyib.
Ötən mövsüm Nene bütün yarışlarda 47 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun Türkiyə klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.
23 yaşlı cinah oyunçusunun bazar dəyəri 20 milyon avrodur. Əvvəllər “Spartak”ın (Moskva)da futbolçu ilə maraqlandığı bildirilirdi.
saytlarin hazirlanmasi
