İlk dəfə legioner həyatı yaşayan qolkiper "Turan Tovuz"da - RƏSMİ

22:00 - 4 İyul 2026

Növbəti mövsüm hazırlıqlarını davam etdirən "Turan Tovuz" daha bir transfer gerçəkləşdirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rusiyalı qapıçı Aleksey Kenyaykin ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boya malik olan qolkiper karyerası ərzində "Orenburq", "Torpedo" (Moskva), "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.


Xəbər xətti