İspaniya yığmasının qapıçısı Unai Simon Kriştiano Ronaldonun hazırkı forması barədə danışıb.
Sportal.az xəbər verir ki, İspaniya millisi DÇ-2026-nın 1/8 finalında Portuqaliya yığması ilə qarşılaşacaq.
Simon bildirib ki, Ronalda əvvəlki kimi olmasa da, cərimə meydançası daxilində hələ də son dərəcə təhlükəlidir:
“Artıq əvvəlki Ronaldo deyil, amma biz onu cərimə meydançasından mümkün qədər uzaq saxlamalıyıq. O, bunu artıq Millətlər Liqasının finalında sübut edib.
Hazırda onun əsas keyfiyyəti cərimə meydançasında öldürücü dərəcədə effektiv olmasıdır. O, özü-özünə epizod yaradır və çox böyük təhlükə mənbəyidir. Onu necə saxlamaq lazım olduğunu bilmirəm. Hər şeyə hazır olmaq və imkan daxilində onu cərimə meydançasına yaxın buraxmamaq lazımdır”, – deyə Simon bildirib.
saytlarin hazirlanmasi
