Herve Renar Tunis millisinin baş məşqçi postundan getdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, Renar ayrılıqla bağlı paylaşımında bunları yazıb:
“Getməzdən əvvəl, mənə DÇ-2026-da iştirak etmək imkanı yaratdığı üçün Tunis Futbol Federasiyasına səmimi təşəkkürümü bildirmək istəyirəm.
Tunis millisinə gələcəkdə ən yaxşılarını arzulayıram. Əminəm ki, bu komanda inkişaf etməyə davam edəcək, bütün bir xalqı sevindirəcək və tarixində gözəl səhifələr yazacaq.
Bu macəra boyunca mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Sizə gələcək üçün ən xoş arzularımı çatdırıram. Mənim macəram burada başa çatır”.
Fransalı mütəxəssis komandanın sükanı arxasına 16 iyunda keçmişdi. O, bu vəzifədə Sabri Lamouçini əvəzləmişdi. Lamuçi dönəmində Tunis yığması DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveç millisinə 1:5 hesabı ilə uduzmuşdu.
Renarın rəhbərliyi altında isə tunisli futbolçular Yaponiyaya 0:4, Niderlanda isə 1:3 hesabı ilə məğlub olublar.
saytlarin hazirlanmasi
