"Zlomisliçin "Qarabağ"a tez uyğunlaşacağını düşünürəm, Bosniya və Azərbaycan mədəniyyəti oxşardır"

16:22 - 5 İyul 2026

"Qarabağ"ın sabiq qolkiperi, "Hayduk", "Köln", "Jrinski Mostar" kimi klubların qapısını qorumuş Miro Varvodiç Sportal.az saytına açıqlama verib. 

O, Ağdam klubunun yeni transferi Martin Zlomisliç haqda da danışıb və bosniyalı qolkiperin uğurlu transfer olacağına inandığını bildirib:

"Düşünürəm ki, bu, "Qarabağ" üçün çox yaxşı transferdir. Zlomişliç təcrübəli və etibarlı qapıçıdır. "Riyeka" ilə Xorvatiya çempionatını yeni qazanıb. Bu, onun keyfiyyəti haqqında çox şey deyir. Belə rəqabətli çempionatda çempionluq qazanmaq heç vaxt asan olmur. Əminəm ki, Martin komandaya uyğunlaşacaq və "Qarabağ" üçün vacib oyunçu olacaq.
Bosniya və Herseqovina mədəniyyəti, dini də daxil olmaqla bir çox cəhətdən Azərbaycana və Bosniya olduqca oxşayır. Ona görə də düşünürəm ki, Zlomisliç “Qarabağ”a çox tez uyğunlaşacaq. Xorvatiya, Serbiya, Bosniya və Herseqovina və Polşadan olan qapıçılar güclü nüfuza və oxşar qapıçı fəlsəfəsinə malikdirlər. Martin sürətli, partlayıcı və texniki cəhətdən çox yaxşıdır, ona görə də düşünmürəm ki, o, Azərbaycanda keyfiyyətlərini göstərməkdə hansısa problem yaşasın".

Mirbağırağa

Xəbər xətti