İspaniya Portuqaliya yığmasını məğlub edərək 1/4 finala yüksəldi - DÇ-2026

01:01 - 7 İyul 2026

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Sportal.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib. Son dəqiqələrdə qol vurmağı bacaran İspaniya millisi növbəti mərhələyə adını yazdırmağı bacarıb.

Qeyd edək ki, İspaniya yığması 1/4 finalda Belçika - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final

23:00. Portuqaliya – İspaniya 0:1

Qol: M. Merino, 90+1

Xəbər xətti