Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Serbiyanın "Partizan" klubu ilə üz-üz gəlib. Qarşılaşma Belqrad təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" Sloveniyada ilk hazırlıq matçını ÇFR-ə (Rumıniya) qarşı keçirib. "Ağ-qaralar" bu görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi
