"Mançester Yunayted" "Real"a 100 milyon avro ödəməyə hazırdır

20:47 - 6 İyul 2026

"Mançester Yunayted" komandanı tərk edən Kazemiroya əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Real"da çıxış edən Orelyen Çuamenini transfer etməkdir. Bu barədə AS nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi Fransa milli komandasının üzvü üçün "kral klubu"na 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Orelyen Çuamenini 2022-ci ilin yayında "Monako"dan 80 milyon avroya transfer edib. 26 yaşlı dayaq yarımmüdafiəçisi 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti