Premyer Liqa klubu 24 yaşlı futbolçunu transfer etdi - RƏSMİ

23:57 - 6 İyul 2026

"Everton" yarımmüdafiəçi Merlin Röhlü "Frayburq"dan birdəfəlik transfer edib.

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu ötən mövsümü “Everton”da icarə əsasında keçirmişdi və müqavilədə məcburi satınalma şərti var idi. Daha əvvəl yayılan məlumatlara görə, transferin məbləği 20 milyon avro olub.

Qeyd edək ki, Röhl geridə qalan mövsümdə Premyer Liqada 16 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti