"Şahdağ Qusar"ı "Səbail"ə dəyişdi

16:24 - 7 İyul 2026

“Səbail” PFK növbəti futbolçu keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Vüsal Əliyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək  ki, Vüsal Əliyev son olaraq “Şahdağ Qusar”da çıxış edib.

Xəbər xətti