"Təkcə topa nəzarət etmək matç qazanmaq üçün kifayət deyil" - sabiq portuqaliyalı futbolçu

00:42 - 8 İyul 2026

Rikardo Quareşma Ruben Diasın İspaniyaya qarşı DÇ-2026-nın 1/8 finalındakı 0:1 hesablı məğlubiyyətdən sonra səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib. Xatırladaq ki, Dias həmin matçı komandanın balans baxımından “ən yaxşı oyunlarından biri” adlandırmışdı.

Sportal.az xəbər verir ki, Kuareşma isə bununla razılaşmayaraq Portuqaliya millisinin daha artığını edə biləcəyini vurğulayıb.

“Sənin dediklərinlə tam razı deyiləm. Turnirin əvvəlindən bu günə qədər mənə elə gəlir ki, siz daha artığına qadirsiniz.

Məndə belə təəssürat yarandı ki, siz həddindən artıq geri və eninə oynayırdınız, topa çox sahib olurdunuz, amma müdafiəçilərin arxasındakı boşluqları demək olar ki, axtarmırdınız. Qapıya az zərbə vuruldu, son beş dəqiqəni çıxsaq, az sayda təhlükəli epizod yaratdınız.

Təkcə topa sahib olmaq matç qazanmaq üçün kifayət deyil”, – deyə Quareşma bildirib.

Xəbər xətti