"İnter" italiyalı qolkiperi transfer etdi

23:30 - 8 İyul 2026

İvan Provedel rəsmən "Inter"in futbolçusu olub.

Sportal.az xəbər verir ki, Milan klubu 32 yaşlı qapıçının "Latsio"dan transfer olunduğunu açıqlayıb. Tərəflər arasında müqavilə 30 iyun 2029-cu ilə qədər imzalanıb.

Daha əvvəl yayılan xəbərlərə görə, transferin məbləği 3 milyon avro təşkil edib.

Provedel 2022-ci ildən “Latsio”da çıxış edirdi. O, ötən mövsüm A Seriyasında 27 oyun keçirib və 27 qol buraxıb.

Xəbər xətti