"Əl-Nəssr"dən ayrılan baş məşqçi Portuqaliya yığmasına rəhbərlik edəcək - 4 illik müqavilə nəzərdə tutulur

23:07 - 8 İyul 2026

Jorje Jesus Portuqaliya millisinin yeni baş məşqçisi olacaq.

Sportal.az xəbər verir ki, Portuqaliya yığmasının sabiq baş məşqçisi Roberto Martinezdən sonra komandaya məhz Jorje Jesus rəhbərlik edəcək. Təcrübəli mütəxəssis bu vəzifəni qəbul edib.

Bildirilir ki, Jesus Portuqaliya millisini həm AVRO-2028-də, həm də 2030-cu il dünya çempionatında çalışdıracaq.

Xatırladaq ki, o, 2025/26 mövsümünün sonunda "Əl-Nəssr"dən ayrılıb. Jesus həmin klubla birlikdə Səudiyyə Ərəbistanı çempionu olmuşdu.

Xəbər xətti