Bu gün “Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edib.
Matça Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
20:00 “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan) 3:0
Qol: Ruan Renato, 33, 63 (pen), Davit Volkov, 48
Sumqayıt, SOCAR Polimer Arena
Baş hakim: Yoni Hyuttiya (Finlandiya).
Komandalar arasında cavab oyunu iyulun 16-da Kutaisidə keçiriləcək.
saytlarin hazirlanmasi
