AFFA-nın skautu Ukrayna klubunda oynayan azərbaycanlı ilə birlikdə - FOTO

14:59 - 26 Yanvar 2022

"Aleksandriya" və U-21 yığmamızın üzvü Emil Mustafayev kollektivlə məşqlərə başlayıb.

Sportal.az xəbər verir ki, 21 yaşlılardan ibarət yığmamızın Norveçə qarşı Bakıda keçirilən matçında zədələnən Mustafayev əməliyyat olunduqdan sonra bir ara məşqlərdən uzaq qalmışdı.

Amma tez bir zamanda müalicə olan və bərpa prosesini uğurla keçən yığmamızın üzvü “Aleksandriya”nın heyətində Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına da qoşulub.

AFFA-nın skautu İlqar Qurbanov bu fürsətdən istifafə edərək Mustafayevlə elə Antalyada görüşüb.

Xəbər xətti