Balotelli komanda yoldaşını döydü: "Adana Demirspor"dan qovulur

13:14 - 14 May 2022

Türkiyənin "Adana Demirspor" klubunda çıxış edən Mario Balotelli qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, italiyalı hücumçu komanda yoldaşı Yunus Akgünü döyüb. Yerli mətbuatın yazdığına görə, üzü qan içində olan 21 yaşlı futbolçunu komanda yoldaşları Balotellinin əlindən çətinliklə ala biliblər.

 

Bundan əlavə 32 yaşlı forvard 20 gün əvvəl Adanada qaldığı otelin qapı və pəncərələrini sındırıb.

 

"Adana Demirspor" rəhbərliyi intizamsız davranışlarına görə Balotellini komandadan göndərməyi planlaşdırır. Təcrübəli futbolçunun 2024-cü ilin yayınadək klubla müqaviləsi olmasına rəğmən, onunla yollar ayrılacaq.

 

Qeyd edək ki, Mario Balotelli "Adana Demirspor"a ötən ilin yayında keçib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 13 qol və 6 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti