AFFA rəsmisi Millətlər Liqası oyununa təyinat aldı

19:17 - 24 May 2022

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə təyinat alıb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Norveç və Sloveniya yığmaları arasında keçiriləcək Millətlər Liqasının qrup mərhələsinin 3-cü tur oyununda UEFA nümayəndəsi olacaq.

 

Noyabrın 9-da Oslodakı “Ullevaal” stadionunda keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbər xətti