Paytaxt klubu gənc hücumçu ilə müqavilə imzaladı

17:13 - 25 May 2022

İngiltərənin "Tottenhem" klubunda yeni müqavilə qeydə alınıb.


Sportal.az xəbər verir ki, London təmsilçisi gənc futbolçu Deyn Skarlettlə yeni müqavilə imzalayıb. 18 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulur.


Deyn Skarlett "Tottenhem"in yetirməsidir. Gənc forvard başa çatan mövsümdə paytaxt klubunun əsas komandasında 7 matçda meydana çıxıb. O, İngiltərənin 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.

Xəbər xətti