"Kəpəz"ə sponsorların və ianələrin cəlb olunması istiqamətində fikir mübadiləsi aparıldı

14:08 - 14 İyun 2022

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və fondun əməkdaşları Gəncədə olublar.

 

Sportal.az xəbər verir ki, səfər çərçivəsində şəhər stadionunda “Kəpəz” klubunun icraçı direktoru İlqar Nadiri ilə görüş keçirilib. Premyer Liqada mübarizə aparacaq Gəncə təmsilçisinə sponsorların və ianələrin cəlb olunması istiqamətində fikir mübadiləsi aparılıb. Bu planda həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

 

Stadionda oyun gününün yadda qalan, maraqlı təşkili yönündə mövcud vəziyyətdə reallaşdırılması mümkun ola biləcək ideyalar nəzərdən keçirilib. Bu yöndə bir sıra kreativ fikirlər irəli sürülüb, qarşıda duran hədəflər müəyyən edilib.

Xəbər xətti