İtaliya klubu baş məşqçisi ilə müqavilə müddətini uzatdı

17:24 - 22 İyun 2022

"Fiorentina" baş məşqçisi Vinçensi Italiano ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, o, 2024-cü ilə qədər Florensiya təmsilçisini çalışdıracaq. Müqavilə başa çatdıqdan sonra isə İtaliya klubu onunla müqavilə müddətini daha bir il uzatmaq hüququna malik olacaq.

"Fiorentina" ötən il komandaya baş məşqçi təyin edilmiş İtalianonun rəhbərliyi altında sezonu 7-ci pillədə başa vurmuşdu.

Xəbər xətti