"Sabah"ın futbolçuları tibbi baxışdan keçdi - VİDEO

21:18 - 27 İyun 2022

"Sabah" yeni sezonun üçün hazırlığa başlayıb.

Sportal.az xəbər verir ki, Masazır klubunun üzvləri tibbi baxışdan keçib.

"Sabah"da təlim-məşq toplanışının Bakıda baş tutacaq ilk mərhələsi iyulun 15-nə kimi davam edəcək.

​İyulun 17-də isə komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstanın Bansko şəhərinə yollanacaq. Hazırlığın Bolqarıstan mərhələsi iyulun 31-nə kimi davam edəcək. Komandanın Bakıda 2, Bolqarıstanda isə 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Xəbər xətti