"İnter"in hücumçusunu 20 milyon avroya transfer etdilər

11:32 - 12 Avqust 2022

İtaliyanın "Sassuolo" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "İnter"dən Andrea Pinamontini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

23 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. "Sassuolo" bu transer üçün Milan təmsilçisinə 20 milyon avro ödəyib.

 

Qeyd edək ki, Andrea Pinamonti son mövsümü icarə əsasında "Empoli"də keçirib.İtaliyalı hücumçu komandanın heyətində meydana çıxdığı 37 matçda 13 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti