"Neftçi"nin keçmiş futbolçusu ölkəsinin rəmzi komandasında

12:09 - 18 Avqust 2022

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Özbəkistan futbol tarixinin rəmzi komandasını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, simvolik komandaya “Neftçi”nin sabiq müdafiəçisi Mustafa Bilalov da düşüb. 65 yaşlı veteran oyunçu 1985-1987-ci illərdə "ağ-qaralr"ın formasını geyinib.

 

Qapıçı: Yuri Pşeniçnikov;

 

Müdafiəçilər: Sergey Dotsenko, Vladimir Stern, Mustafa Bilalov, Gennadi Denisov;

 

Yarımmüdafiəçilər: Mircalal Qasımov, Mixail An, Berador Abdurahmov;

 

Hücumçular: Stanislav Stadnik, Gennadi Krasnitski, Vladimir Fyodorov.

Xəbər xətti