"Kəpəz" Rusiyadan futbolçu gətirdi

13:54 - 19 Avqust 2022

"Kəpəz" daha bir futbolçu ilə müqavilə imzalayıb.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi "Zvezda"dan ayrılan Rinat Hüseynovla müqavilə imzalayıb.

"Amkar" yetirməsi olan müdafiəçinin ölkə çempionatında hələ ki, legioner kimi oynayacağı gözlənilir.

Onun "Kəpəz"in məşqlərində iştirak etməsi barədə bir neçə gün əvvəl xəbər vermişdik. Futbolçu "Şamaxı"ya keçməyə yaxın olsa da, bölgə klubu onun legioner statusunda oynamasını istəməmişdi. Buna görə də keçid baş tutmamışdı.

 

Xəbər xətti