İstanbul klubu Premyer Liqadan vinger transfer etdi

21:47 - 19 Avqust 2022

Türkiyənin "Başakşehir" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Avropa Konfrans Liqasında mübarizə aparan klub "Aston Villa"dan Bertrand Traoreni transfer edib. İstanbul təmsilçisi Premyer Liqa klubunun vingerini bir mövsümlük icarəyə götürüb.

 

Qeyd edək ki, "Aston Villa" Bertrand Traoreni 2020-ci ilin yayında Fransanın "Lion" klubundan transfer edib. 26 yaşlı futbolçu son mövsümdə İngiltərə klubunun heyətində 10 matçda meydana çıxıb.

Xəbər xətti