Rusiyanın"Ximki" klubunun yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Spartak Qoqniyev çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Ximki" daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərmişdi.
Tarix: 2 Sentyabr [21:11]
|
|
Müəllif: Sportal.az
|