"Səbail" müdafiəçi transfer etdi

20:19 - 7 Sentyabr 2022

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "dənizçilər" müdafiəçi Nihad Qurbanlını heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

"Neftçi"nin yetirməsi olan 21 yaşlı oyunçu "ağ-qaralar"ın əvəzedici komandasında çıxış edib.

Xəbər xətti