Millimizin baş məşqçsi: "İki oyundan maksimum xal toplamaq istəyirik"

Dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrln 7-də Bakı İdman Sarayında, saat 20:00-da Polşa ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, bu gün oyunun keçiriləcəyi məkanda məşq edən komandanın KİV üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinqi olub:

 

“Dünəndən məşqlərə başlamışıq. Bu gün iki məşq keçirməli idik, amma birini təxirə saldıq. Çünki heyətimiz tam toplaşmayıb. Bir neçə oyunçumuz sabah komandaya qoşulacaq. Qarşıda 2 gün var və bundan maksimum istifadə edəcəyik ki, oyuna maksimum hazır olaq.

 

Heyətimizdə bəzi itkilər var. Eduardo Borges və Ramiz Çovdarov zədə səbəbindən Polşa və Yunanıstanla oyunları buraxacaq. Xətai Bağırov və İsa Atayev isə sənədlə bağlı problemlərini həll ediblər və sabah bizə qoşulacaqlar. Əsas narahat edən məqam ilk gündən tam heyətlə məşq etməməyimizdir.

 

İki oyundan maksimum xal toplamaq istəyirik. Hər iki rəqibimizə hörmətlə yanaşırıq. Polşa millisi fiziki və taktiki baxımdan güclü komandadır. 6-7 ildir ki bir yerdə məşq edirlər. Onların 3 dənə “dördlük”ü var, inkişafdadırlar. Portuqaliya və Braziliyaya qarşı oyunlarını izləmişəm. Qrup oyunlarına isə Yunanıstan üzərində qələbə ilə başlayıblar. Çətin oyun olacaq. Yunanıstan millisi də asan yeniləcək komanda deyil. Ümumiyyətlə, indi zəif komanda yoxdur. Əlbəttə, rəqiblərimiz də bizə hörmətlə yanaşır”.

Tarix: 4 Oktyabr [20:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio