Hakan Çalhanoğlu: "Hər zaman baş məşqçimizin yanındayıq"

12:03 - 5 Oktyabr 2022

"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının üçüncü turunda "Barselona" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan türkiyəli İtaliyada keçirilən görüş barədə bunları deyib: 

"Barselona"ya qarşı istədiyimiz kimi oynadıq. Biz dəyərimizi sübut etdik, hamı əla iş gördü, hətta müdafiə olunanda da. Biz hər zaman baş məşqçimizin yanındayıq. Onun uğrunda mübarizə aparan komandasının olduğunu gördü. Bu oyunda biz hər kəsin özü və komanda yoldaşı uğrunda necə mübarizə oynadığını gördük. Məhz bunlar "Barselona" ilə matçdakı qələbədə önəmli rol oynadı".


Xatırladaq ki, "İnter"ə qələbə gətirən yeganə qolu məhz Hakan Çalhanoğlu vurub. 

Xəbər xətti