"Araz Naxçıvan"dan ardıcıl 6-cı qələbə - VİDEO

18:59 - 5 Oktyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda VI turun oyunlarına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Zirə-2" doğma meydanda lider "Araz Naxçıvan"ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.

 

Geridə qalan 6 tur ərzində bütün matçlarda qələbə qazanan "Arax Naxçıvan" liderliyini davam etdirir. "Zirə-2" isə 7 xalla 10-cu yerdədir.

 

“Zirə-2” 0-1 “Araz Naxçıvan”
Qol: 
Orxan Əliyev, 14

 

Xəbər xətti