"Barselona"nın istədiyi futbolçu klubunda qaldı

12:59 - 6 Oktyabr 2022

 

"Valensiya" aparıcı oyunçularından biri olan Uqo Gilyamonu buraxmaq istəməyib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "yarasalar" yarımmüdafiəçi ilə müqavilə müddətini 2026-cı ilə qədər uzadıb.

22 yaşlı futbolçunun xidmətində "Barselona" və "Real" maraqlı idi.

2000-ci il təvəllüdlü "Valensiya" yetirməsi 2020-ci ildən əsas komandada çıxış edir. O, ötən ildən İspaniya millisinə də cəlb edilir.

Xəbər xətti