"Qarabağ"ın rəqibi "Renn"ə uduzdu

23:08 - 9 Oktyabr 2022

Fransa çempionatında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Nant" səfərdə "Renn"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

10 turdan sonra 7 xal toplayan "Nant" Liqa 1-də turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" Bakıda keçirilən ilk görüşdə "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci oyun 27 oktyabr tarixində Fransada baş tutacaq.

Xəbər xətti