"Trabzonspor"un futbolçusu: "Azərbaycan millisi fiziki cəhətdən güclüdür"

Şimali Makedoniya milli komandasının futbolçusu Enis Bardi Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, "Trabzonspor"un yarımmüdafiəçisi yığmamızın fiziki güclü olduğunu bildirib:

 

"Rəqib fiziki cəhətdən güclüdür. Bu gün futbolda favorit yoxdur. Yaxşı oynamaq özümüzdən asılıdır. Finlandiya ilə görüşü təhlil etdik. Buraxdığımız xırda səhvləri düzəltmək lazımdır. Sabah yaxşı nəticə qazanacağımıza inanıram".

Tarix: 19 Noyabr [17:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio