"Müqaviləmin sonuna qədər "Kəpəz"də qalacam"

12:19 - 28 Noyabr 2022

"Kəpəz"in forvardı Rauf Əliyev qışda komandasını dəyişməyəcək. Onun çempionata veriləcək fasilə zamanı Gəncə klubundan ayrılacağı iddia edilirdi. Forvardın hazırkı klubundan ayrıldıqdan sonra "Şamaxı"ya transferi gündəmdəydi. Sportal.az saytına açıqlama verən təcrübəli hücumçu "Kəpəz"də qalacağını deyib:

"Heç bir yenilik yoxdu. "Kəpəz"in əvəzedici heyətindəyəm, məşqlərimi və oyunlarımız da də burada keçirirəm. Yəqin ki, elə müqaviləmin  sonuna qədər "Kəpəz"də də qalacam. "Şamaxı" məsələsinə gəlincə, bu klubla heç bir danışığım olmayıb. Ona görə də, bu barədə bir söz deyə bilmərəm".

Mirbağırağa

Xəbər xətti