Belçikalı forvard "İnter"də qalacaq

12:48 - 2 Dekabr 2022

Müqavilə ilə "Çelsi"yə məxsus olan "İnter"in forvardı Romelu Lukaku növbəti mövsümdə də İtaliya klubunda çıxış edəcək.

Sportal.az "tuttosport"a istinadən xəbər verir ki, Milan təmsilçisi belçikalı futbolçunun icarə müddətini daha bir il uzadacaq.

Artıq klublar danışıqlara start verib və böyük ehtimalla, razılıq əldə olunacaq. 

29 yaşlı forvard indiyə qədər "Anderlext", "Vest Bromviç", "Everton", "Mançester Yunayted" klublarında oynayıb.
 

Xəbər xətti