"Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz qalmış Kriştiano Ronaldo özünə yeni komanda tapıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu Səudiyyə Ərəbistanında oynayacaq.
Belə ki, 37 yaşlı futbolçu "Əl-Nəsr"lə anlaşıb. Ronaldonun yeni klubu ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir. Məlumata görə, o, yanvarın 1-dən Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində çıxış edəcək. Müqavilə məbləğinin 500 milyon avro olduğu bildirilir.
Rudi Qarsiyanın baş məşqçisi olduğu klubda Vinsent Abubakar, David Ospina, Talişka kimi futbolçular çıxış edir.
Tarix: 5 Dekabr [16:07]
|
|
Müəllif: Sportal.az
|