Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçki Premyer Liqada işləyə bilər.
Sportal.az “World Football News” səhifəsinə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın yerinə əsas namizəddir.
Məlumata görə, “ağ-qaralar”ın rəhbərliyi rumıniyalını göndərərək Prosineçkini bu posta təyin edəcək.
Prosineçki 2014-2017-ci illərdə yığmamızı çalışdırıb.