"Fənərbaxça" La Liqadan futbolçu transfer edir

15:50 - 2 Fevral 2023

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi "Valyadolid"in yarımmüdafiəçisi Mixael Malsanı transfer edəcək. Bu barədə "Relevo" nəşri məlumat yayıb. "Sarı-lacivərtlilər" 26 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürəcək.

 

Mixael Malsa "Valyadolid"ə mövsümün əvvəlində "Levante"dən transfer olunub. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Fransalı dayaq yarımmüdafiəçisi cari mövsümdə La Liqa klubunun heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti