"Barselona" "Mançester Yunayted"lə matça ciddi itki ilə çıxacaq

19:30 - 13 Fevral 2023

"Barselona" Avropa Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Mançester Yunayted"lə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, İspaniya klubu bu görüşə ciddi itki ilə çıxacaq. Kataloniya təmsilçisinin kapitanı Serxio Buskets zədə səbəbindən komandasına kömək edə bilməyəcək. 35 yaşlı yarımmüdafiəçi La Liqanın 20-ci turunun "Sevilya" ilə matçında (3:0) zədələnib.

 

Qeyd edək ki, "Barselona" - "Mançester Yunayted" qarşılaşması 16 fevral tarixində Bakı vaxtilə saat 21:45-də baş tutacaq.

Xəbər xətti