"Sabah"ın 50-ci qələbəsi

10:44 - 18 Mart 2023

"Sabah" Premyer Liqada 50-ci qələbəsini qazanıb.

Sportal.az xəbər verir ki, bu, mövsümün XXVII turuna təsadüf edib. Bakı klubu səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi 131-ci qarşılaşmada “50”yə çatıb.

“Sabah” ölkə çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 24-cü komanda olub. Bu, həm də 25-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” rəqib meydanında 66 dəfə qüvvəsini sınayıb.

Qeyd edək ki, Premyer Liqada ilk qələbə 2018-ci il avqustun 12-də qeydə alınıb. Həmin gün “Sabah” səfərdə “Keşlə”ni (indiki “Şamaxı”) 1:0 hesabı ilə məğlub edib. 

(PFL)

Xəbər xətti