"Zenit" "Fənərbaxça" önünə itkilərlə çıxacaq

13:49 - 23 Mart 2023

Bu gün milli komandaların oyunlarına görə çempionatlara verilən fasilədən istifadə edən "Zenit" və "Fənərbaxça" yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi bu oyuna itkilərlə çıxacaq.

Belə ki, komandanın aparıcı üzvləri Mixail Kerjakov, Mateo Kasyerra və Andrey Mostovoy zədə səbəbindən Türkiyəyə yollanmayıb.

Xatırladaq ki, "Fənərbaxça" - "Zenit" görüşü 20:00-da başlanacaq. 

Xəbər xətti