"Sabah" məğlub oldu, liderliyi əldən verdi

10:01 - 30 Mart 2023

Basketbol üzrə Azərbaycan yüksək liqasında 23-cü turun oyunlarına start verilib.

Sportal.az xəbər verir ki, açılış görüşündə “Sabah” “AAAF Xırdalan”la üz-üzə gəlib.

Pley-off uğrunda mübarizə aparan hər iki komanda bu qarşılaşmadan sonra turnir cədvəlindəki mövqelərini dəyişiblər.

Belə ki, qələbə sayəsində Xırdalan təmsilçisi ilk pilləyə yüksəlib.

“Sabah” – “AAAF Xırdalan” 69:84

Turun digər oyunları aprelin 1-i və 2-də keçiriləcək.

1 aprel

17:30 NTD – “Olimpik”(Şəki)

20:00 “Neftçi” – “Sərhədçi”

2 aprel

15:00 “Gəncə” – “Zirvə”

Xəbər xətti