"Milan" "Aston Villa"dan müdafiəçi alacaq

19:46 - 28 Aprel 2024

"Milan" heyətinə müdafiəçi qatmağı planlaşdırır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "rossonyerlər" "Aston Villa"da oynayan Dieqo Karlosu transfer etməyi planlaşdırır. 

İtaliya klubu braziliyalı futbolçunun keçidini həll etmək üçün hərəkətə keçib.

Birmingem təmsilçisi futbolçusu üçün qarşı tərəfdən 20 milyon avro tələb edir. 31 yaşlı müdafiəçinin "Milan"a keçib-keçməyəcəyi yayda dəqiqləşəcək.

Bu mövsüm 23 matçda meydana çıxmış Dieqonun "Aston Villa" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir. 

Dieqo "Desportivo Brazil", "Sao Paolo", "Paulista", "Eştoril", "Nant", "Sevilya" klublarında oynadıqdan sonra 2022-ci ildə "Aston Villa"ya keçib.

Xəbər xətti