"Turan Tovuz" "Araz-Naxçıvan"ı, "Qarabağ" "Zirə"ni məğlub etdi - YENİLƏNİB

21:28 - 11 May 2024

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub

Günün ilk oyununda "Araz-Naxçıvan" öz meydanında "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda isə "Zirə" ilə "Qarabağ" üz-üzə gəlib. Burada da qonaqlar sevinib.

Misli Premyer Liqası, 34-cü tur

11 may (şənbə)

17:00. “Araz-Naxçıvan” “Turan Tovuz” 0:1

Qol: Alexandro Serrano, 63

Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov

“Liv Bona Dea Arena”

19:30. “Zirə” “Qarabağ” 0:1

Qol: Olavio Juninyo, 34 (pen)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Zirə İdman Kompleksi stadionu

Xəbər xətti