Ukraynalı legioner: "Hər şeyi edəcəyik ki, birinci diviziona düşməyək"

14:04 - 11 Aprel 2023

"Bizim hər oyunda məqsədimiz üç xal qazanmaq olur. Özü də bütün matçlara son oyun kimi çıxırıq. Əlimizdən gələni edirik ki, qalib gələk. "Sabah"la oyunda da qələbə qazanmaq istəyirdik. Qələbə qazanacağımıza sona qədər inanırdıq. Ona görə də, son dəqiqədə qələbə topunu vurmağı bacardıq. "Sabah"ı yaxşı analiz etmişdik. Üstəgəl, komanda şəklində yaxşı işlədik və bu da bizə nəticə qazandırdı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in ukraynalı legioneri Maksim Çex deyib.

Bayıl təmsilçisinin aparıcı üzvü komandasının Premyer Liqadakı yerini qoruyub-saxlayacağına inandığını bildirib: "Qarşıda hələ yeddi final matçımız var. Bizim üçün hər xal önəmli və qızıl kimidir. Premyer Liqada yerimizi qoruyub-saxlayacağımıza inanırıq. Hər şeyi edəcəyik ki, birinci diviziona düşməyək".

Mirbağırağa

Xəbər xətti