Mahir Emreli 45 dəqiqə oynadı, komandası məğlub oldu

23:01 - 9 May 2025

Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" doğma meydanda "Köln"ü qəbul edib. Start heyətində meydana daxil olan Emreli ilk hissədən sonra əvəzlənib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyundan sonra "Nürnberq" 45 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti